adalet.az header logo
  • Bakı -°C
09 Noyabr 2026 10:27
59
ƏDƏBİYYAT
A- A+

“Cəmiyyətimizin qəfil zərbələrdən nokauta düşməsinin səbəblərindən biri də budur”

“Amerikalı sosioloq Daniel Burstonun maraqlı bir sözü var “istehsal olunmuş məşhurluq”. Məşhursan, amma nəyə görə məşhursan? Bu, heç kimə maraqlı deyil. Məşhurluğunun qaynağı məşhurluğunun özüdür. Bundan ötrü hər hansı bir sahədə dəyər yaratmağına ehtiyac yoxdur. Əksinə, dəyər yaratsan məşhurluğunu itirə bilərsən. Çünki səni məşhurlaşdıranların səndən belə bir tələbi yoxdur, olmayıb, olmayacaq da.Sənin məşhurluğunun dəyəri müvəqqəti, yenilənə bilir olmasıdır”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

“Bu məşhurluğun ömrü kibrit qutusundakı bir çöpün yandığı müddətdəki ömrü qədərdir. Yandın, bitdi. Növbə növbəti çöpündür. Cəmiyyətimizin qəfil zərbələrdən nokauta düşməsinin səbəblərindən biri də budur: istehsal olunmuş məşhurluğa arxalanması. Üstümüzə yaxşı-pis olmasından asılı olmayaraq hər hansı bir dəyərlə hücum edildikdə bu hücumu dəf edəcək dəyərə və dəyərlərə sahib olmadığımızdan dərhal panikaya qapılırıq.İstehsal olunmuş məşhurluğa yatırdığımız ictimai sərmayə bir anda havaya sovrulur. Qonaqlar salona daxil olduqda şalvarı düşən ev sahibinin durumuna düşürük. Halbuki ictimai sərmayə səbəbi heç kimə maraqlı olmayan bu müvəqqəti məşhurluğa deyil, dəyər yaradan və yaratdığı dəyər özündən məşhur olanlara yatırılsa, qonaqlar salona girəndə anadangəlmə lüt də qalsaq, o dəyər bizi xilas edəcək. Dəyər Eynşteynin özü idi, əynindəki paltonun təzəliyi, köhnəliyi deyildi”, -deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN