ƏBÜLFƏT MƏDƏTOĞLU: MƏN SƏNİ SEVMƏZDİM...
(Saralmış dəftərdən)
Mən səni sevməzdim, Qadın -
Bu qədər inad olmasan...
Özüm qədər mənim özüm -
Özüm qədər yad olmasan!..
Mən səni sevməzdim, Qadın -
Xatırlatmasan adımı...
Qurmasaydın lap özüldən -
Kərpic, kərpic həyatımı...
Mən səni sevməzdim,Qadın -
Olmasaydın andım, qibləm...
Tanrıdan almısan dadın -
Sevginin, mən onsuz kiməm?!
Mən səni sevməzdim,Qadın -
Oxumasam sətir, sətir...
Dedim. hamı bildi adın -
Dur , sevgimi götür, gətir!..