"Ədalətli sülh üçün bir sıra qərarlar hazırlanır" - Zelenski

“Rusiya ilə Ukrayna arasında müharibənin tənzimlənməsi istiqamətində ədalətli sülhün əldə edilməsi üçün bir sıra qərarlar hazırlanır”.
Adalet.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski Londonda beynəlxalq liderlərin iştirakı ilə Ukrayna məsələsinə həsr olunmuş sammitin yekununa dair sosial şəbəkə hesablarında söyləyib.
“Biz tərəfdaşlarımızla təhlükəsizlik təminatlarını və Ukrayna üçün ədalətli sülh üçün şərtləri müzakirə edirik. Yaxın vaxtlarda bir sıra mühüm görüşlər və qərarlar açıqlanacaq”, - deyə Zelenski əlavə edib.