03 Mart 2025 21:21
685
SİYASƏT

Ərdoğan:Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq

Cənubi Qafqazda sabitlik üçün səylərimizi davam etdiririk.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılmasını davam etdirir: “Eyni zamanda Azərbaycan - Ermənistan sülh sazişinin imzalanmasına çalışırıq”.