03 Mart 2025 22:00
95
İDMAN

"Qarabağ" "Sumqayıt"a qalib gəlib

"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib.

Adalet.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.

Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.