02 Mart 2025 22:00
1299
İDMAN

“Barselona” darmadağınla yenidən liderliyə yüksəldi

İspaniya La Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Adalet.az xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda "Real Sosyedad"ı qəbul edib. Görüş ev sahibinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xallarını 57-yə çatdıran Kataloniya klubu turnir cədvəlində liderliyə yüksəlib. "Atletiko Madrid" isə 56 xalla 2-ci sıraya enib.

Qonaqlar 34 xalla 9-cu yerdədir.