Türkiyə PKK-ya qarşı plan hazırlayır - "Hürriyet"

Türkiyə rəhbərliyi qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri Abdulla Öcalanın çağırışına tabe olmayaraq silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə hərbi əməliyyatlar planı hazırlayır.
Adalet.az xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti öz mənbələrinə istinadən yazıb.
Türkiyədə terror qruplaşması kimi tanınan və hökumət tərəfindən qadağan edilən PKK İmralı adasındakı həbsxanada ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın çağırışına cavab olaraq şənbə günü Türkiyə ilə atəşkəs elan edib.
Eyni zamanda, PKK özünün ləğvi məsələsini müzakirə edəcəyi qurultay çağırmağa hazır olduğunu, ancaq liderinin şəxsi iştirakı ilə olduğunu bəyan edib. Türror təşkilstı vurğulayıb ki, atəşkəs heç kim PKK birləşmələrinə hücum etmədiyi müddətcə qüvvədədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyanın hiyləgərliyə əl atacağı və ya prosesi dayandıracağı təqdirdə PKK-ya qarşı əməliyyatları bərpa edəcəyi ilə hədələyib.