74 yaşlı şəxsin evdə gizlətdiyi xeyli silah-sursat tapıldı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Adalet.az DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

"Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi" - Mnaksakanyan

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir

“İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi” - Arayik Harutyunyan

Erməniəsilli şəxslərin məhkəməsi keçirildi - YENİLƏNİB + FOTOLAR

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti ilə bağlı 3 nəfər saxlanıldı - VİDEO

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edildi - VİDEO

Bakıda bank kartından pul oğurlayanlar saxlanıldı
