Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edildi - VİDEO

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb.
Adalet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər.
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar - 25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar.
Onların törətdikləri cinayət əməlləri təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Digər Xəbərlər

"Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi" - Mnaksakanyan

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir

“İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi” - Arayik Harutyunyan

Erməniəsilli şəxslərin məhkəməsi keçirildi - YENİLƏNİB + FOTOLAR

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti ilə bağlı 3 nəfər saxlanıldı - VİDEO

74 yaşlı şəxsin evdə gizlətdiyi xeyli silah-sursat tapıldı

Bakıda bank kartından pul oğurlayanlar saxlanıldı
