Füzulidə narkokuryerlik edən șəxs saxlanıldı

Füzuli rayonunda İran vətəndaşı vasitəsilə narkokuryerliyə cəlb olunan şəxs tutulub.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Adalet.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Elçin Abbaslı saxlanılıb.
E.Abbaslıdan 9 kiloqram 720 qram marixuana, 3 kiloqram 500 qram tiryək və 100 ədəd metodon həbi aşkarlanıb.
O, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Abbaslı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

"Paşinyan bizə kiminləsə danışmağı qadağan etmişdi" - Mnaksakanyan

Harutyunyan: Mənə dedilər ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir

“İlham Əliyevə məktub yazırdım, Paşinyan imkan vermədi” - Arayik Harutyunyan

Erməniəsilli şəxslərin məhkəməsi keçirildi - YENİLƏNİB + FOTOLAR

Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti ilə bağlı 3 nəfər saxlanıldı - VİDEO

Bakıda marketlərdən 50 min manat dəyərində oğurluq edildi - VİDEO

74 yaşlı şəxsin evdə gizlətdiyi xeyli silah-sursat tapıldı
