Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub

Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.
MOK-un mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb.
Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.