01 Mart 2025 17:44
333
İDMAN

Mahir Emreli oynayıb, "Nürnberq" məğlub olub

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" klubu II Bundesliqada növbəti oyununu keçirib.

Adalet.az-ın məlumatına görə, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv XXIV turda "Hannover"i qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 2:1. M. Emreli bu görüşdə 78-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, azərbaycanlı forvard II Bundesliqada əvvəlki iki görüşün iştirak ərizəsində yer almayıb.