Əfqanıstan-İran gömrük məntəqəsində yanğın zamanı 70 nəfər xəsarət alıb
Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində İranla sərhəddə gömrük məntəqəsində şənbə günü baş vermiş yanğın zamanı azı 70 nəfər xəsarət alıb.
Bu barədə İranın “Farsnews” agentliyi bildirib.
Qeyd edilir ki, alov təxminən 20 min kv metr ərazini əhatə edib. Hadisə nəticəsində təxminən 500 yük maşını yanıb. Onlardan azı 70-i İrana məxsus olub.
Qeyd edək ki, hadisə gömrük məntəqəsində benzindaşıyan maşının partlayışı nəticəsində baş verib. Əfqan tərəfi alovun söndürülməsi üçün İrandan kömək istəyib.
Yanğın lokallaşdırılıb.
Digər Xəbərlər
28 Aprel 2024 12:51
Bakıda vətəndaş təmir etdiyi su çənində qaldı - VİDEO
28 Aprel 2024 09:46Ağdamda mina partladı - Yaralı var
27 Aprel 2024 15:15Azərbaycanda hakim intihar etdi
27 Aprel 2024 13:03Şuşada mina partladı - xəsarət alan var
26 Aprel 2024 18:13