Əfqanıstanda məsciddə terror aktı törədildi
![](https://adalet.az/uploads/img/posts/2023/06/08/31jpg-1686213059.jpg)
Əfqanıstanın Bədəxşan əyalətində məsciddə terror aktı törədilib.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, insident əyalət qubernatorunun müavininin cənazə namazında baş verib. O, özü də iyunun 6-da terror aktı nəticəsində həlak olub.
Terrorda ölən və yaralananlar barəsində dəqiq məlumat yoxdur.