Hakan Fidan: Yaxın Şərqdə müharibə genişlənə bilər

Yaxın Şərqdə müharibə genişlənə bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “24 Tv”yə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında bir neçə gün əvvəl baş tutan telefon danışığında Yaxın Şərqdə gərginliyin azaldılması məsələsi geniş müzakirə olunub: “Qəzzada aclıqdan, xəstəlikdən ölənlərin sayı getdikcə artır”.
H.Fidan söyləyib ki, bir çox lider Ərdoğandan Tramp üzərindəki təsir imkanlarından istifadə edərək Yaxın Şərqə diqqətin artırılmasın xahiş edir: “Çox ciddi humanitar fəlakətlə üz- üzəyik. Bu, etinasız yanaşa biləcəyimiz məsələ deyil. Laqeyd yanaşsaq, daha böyük eskalasiya riski bizi gözləyə bilər”.
Digər Xəbərlər

Makron, Merts, Tusk və Starmer Kiyevdədir

ABŞ Fələsinin müstəqilliyini tanıyacaq..?

Pakistan Hindistana qoşun yeridir?

"Müharibəyə başlamaqdan başqa çarəmiz qalmayıb" - Asif

Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilib - FOTOLAR

"Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq" - Paşinyan

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür
