Bakı Xoreoqrafiya Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti tədbir keçirilib

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
BXA-nın rəhbərliyinin, müəllim-tələbə heyəti və kollektivinin iştirak etdiyi tədbirə ehtiyatda olan polkovnik Mahir Cavadlı qonaq qismində qatılıb.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra Ulu Öndərin zəngin həyatı, siyasi fəaliyyəti, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr olunmuş xidmətləri barədə videoçarx nümayiş olunub.
Ardınca isə Mahir Cavadlı çıxış edərək Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpa olunması, suverenliyini möhkəmləndirməsi, tərəqqisi və inkişafında göstərdiyi misilsiz xidmətlərindən danışıb.
Ədəbi və bədii hissədən ibarət olan tədbirdə orta ixtisas təhsili pilləsinin tələbələrinin ifasında dahi şəxsiyyət və dünya şöhrətli siyasi xadim Heydər Əliyevə həsr olunmuş şeir nümunələri və rəqs kompozisiyaları nümayiş olunub.
Qeyd edək ki, tədbiri BXA-nın orta ixtisas təhsili pilləsinin müəllimləri: Aygül Qurbanova və Mehriban Haqverdiyeva təşkil edib.
Digər Xəbərlər

Bakıda Xalq şairi Rəsul Rzanın ev-muzeyi açılıb - FOTOLAR

Arzu Əliyeva rəsm qalereyasında iştirak edib - FOTOLAR

Türkiyə 25 tarixi məkana gecə ziyarətləri üçün qapı açır – FOTOLAR

Liderlər “Laçınım”ı dinlədilər - VİDEO

Bakı Xoreoqrafiya Akademiyasında Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib

Türkiyənin “Ən Yaxşı Turizm Kəndi” Birgi, “Sentrum Tətbiq Mərkəzi” ilə Yaşıl Gələcəyə doğru addımlayır- FOTOLAR

Naxçıvan teatrının tamaşaçıları "Qodonun intizarında"
