10 May 2025 09:20
106
DÜNYA

"Müharibəyə başlamaqdan başqa çarəmiz qalmayıb" - Asif

Hindistanın son dörd gündə getdikcə daha aqressiv mövqeyinə cavab olaraq İslamabadın "tammiqyaslı müharibəyə başlamaqdan başqa çarəsi qalmayıb".

Adalet.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Havaca Asif bildirib.

"Başqa variantımız yoxdur. Biz onlara eyni addımla cavab verməliyik", - deyə Asif qeyd edib.  

Aparıcı "Müharibə qapımızın ağzındadırmı?" sualına nazir “Əlbəttə, buna heç bir şübhə olmamalıdır” deyə cavab verib.