Əfqanıstanın Tehrandakı səfirliyi Talibana təhvil verildi

Əfqanıstanın Tehrandakı səfirliyi Taliban administrasiyasına təhvil verilib.
Adalet.az xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahhar Belhi şəxsi Twitter hesabında mövzu ilə bağlı açıqlama verib.
Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni müvəqqəti işlər vəkili və diplomatların təyin edildiyini və səfirliyin fəaliyyətinin bu tapşırıqlarla davam edəcəyini bildirib .
Əfqanıstanın Tehran səfirliyindəki diplomatlar isə sonuncu xatirə şəkli çəkdirərək səfirliyi boşaldıblar. Ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri Talibana təhvil verilib.
Əfqanıstan səfirliklərində əvvəlki Əfqanıstan hökuməti tərəfindən təyin edilmiş diplomatlar var.
Dünyanın heç bir ölkəsi, o cümlədən öz ölkələrindəki səfirlikləri Talibana təhvil verən ölkələr də bu günə qədər Taliban administrasiyasını, tanımayıb.
Taliban Əfqanıstan administrasiyasına 2021-ci il avqustun 15-də gəlib.
Digər Xəbərlər

Ukraynaya uzaqmənzilli raketlərin tədarükü ilə bağlı razılıq əldə olunub

“Putin sadəcə Texas ştatının qubernatorudur“ - Rutte

ABŞ Avropanı Hindistana qarşı sanksiyalara qoşulmağa çağırdı

Portuqaliyada matəmdir

Tramp: Putin və Zelenski hələ danışıqlara hazır deyillər

Səmərqəndə uçan təyyarə Bakıda məcburi eniş etdi

"Minsk qrupunun buraxılması qərarını haqlı sayırıq" - Rusiya XİN
