adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 Avqust 2022 14:56
1352
MÜSAHİBƏ

"Əgər kimsə hər şeyə çox tez əsəbiləşirsə onun  sevgiyə ehtiyacı var..." - MÜSAHİBƏ

  Psixoloqun xarakteri onun sursatıdır..

Birmənalı olaraq qeyd vurmənəviyyatının ən həssas şəkildə araşdıran Psixologiya elmi uzun illərdən bəridir ki, hər zaman aktualdı. Müasirləşən dünyamızda insan psixologiyası, psixoloji yardım və bu kimi məhfumlara ehtiyac daha da çoxalır. Bir sözlə müasir insan öz psixoloji vəziyyətinə xüsusi nəzər yetirməlidi. İnformasiya ilə dolu çağdaş dünyada insan beynin həddən artıq məlumatlarla yorulması , ekoloji böhran və bu kimi faktlar insan psixologiyasına mənfi təsirini göstərdiyi üçün çıxış yolu kimi vaxtında və düzgün psixoloji yardım almaq hər kəsin haqqıdır.

Mövzu ilə bağlı Adalet.az saytının budəfəki müsahibi Psixoloq Rəbiyyə Mirzəzadədir.

 - Lütfən qısaca barənizdə oxunuclara məlumat verəsiniz?

- Mən Mirzəzadə Rəbiyə 4 ildir psixoloq olaraq çalışıram. Psixoanaliz lə məşğulam və psixodinamik terapiya tədbiq edirəm. Ümumilikdə isə problemə və müraciət edənə eklektik yanaşma etmək əsas məqsədimdir.

-  Sizin düşüncənizə görə əslində psixoloq kimdir?

- Həm mənim həm də psixologiya elminin şərtlərinə görə psixoloq öz psixikası üzərində tam şəkildə çalışmış,məsləhət verərkən sağlam elmi arqumentlərə əsaslanan,cəmiyyətə lazımlı bir şəxsdir. Əsas fikir olaraq onu söyləməliyəm ki, yaxşı və ya pis psixoloq yoxdur. Öz üzərində çalışan və çalışmayan psixoloq vardır.

- İnsanlar adətən sizə hansı problemlərlə üz tuturlar?

- İnsan psixoloji problemlərinin öhdəsindən şəxsi resursları ilə gələ bilmədikdə psixoloqa müraciət edir. Əsasən mənə öz fərdi xarakter xüsusiyyətlərini dərk etmək, insanlarla qarşılıqlı ünsiyyətdə çətinlik olduqda, aqresiya və stresslə başa çıxa bilmədikdə, depressiya və idarə oluna bilməyən neqativ düşüncələr və s. üçün gəlirlər.

    - Ailə anlayışını bir qayda olaraq kiçik dövlət kimi qəbul edirik. Bu mənada istərdim ailə münasibətlərindən danışasınız. Boşanmalarla bağlı bəzi məqamlar barədə fikirlərinizi bilmək maraqlıdır. Məsələn bir psixoloq kimi deyə bilərsinizmi evli bir qadın boşandıqdan sonra psixoloji cəhətdən onda nə kimi problemlər ola bilir?

   -  Bu sualın içində 3 ayrı cavab tələb edən sual vardır. Hamısını ümumiləşdirib belə cavab verə bilərəm ki, qadın və kişi tamamilə fərqli varlıqlardırlar. İnsanlar yaşından və həyat təcrübəsində asılı olmayaraq ilk növbədə özünü yaxşı tanımalı,nə istədiyini bilməli daha sonra özünə partnyor seçməlidir. Eyni zamanda da qarşı cins kimi düşünə bilməyi öyrənməlidir.

    -  Hər gün olmasa da hər ay mətbuatdan intiharla bağlı xəbərlərə rast gəlirik.Statistikaya görə gənc qızların intiharları daha çoxdur. Bu barədə fikirləriniz nədir?

   - İntihar eşidilməyən kömək hayqırışıdır. Əslində o insan ölmək istəmir. Bununla yanaşı nəzərə alsaq ki, yeniyetməlik dövründə orqanizm və psixika həyatının ən çətin keçid dövrünü yaşayır və nəzərə də alsaq ki,qadın sərhədsiz şəkildə emosional varlıqdır. Bu səbəbdən xanımların məntiqdən kənar addım atmaqları kişilərə nisbətdə daha çox gözləniləndir.

  -  Ümumi müşahidələrə əsasən söykəmək olar ki, ölkədə psixoloqların sayı getdikcə artır. Sizcə hansı psixoloqları peşəkar adlandırmaq mümkündür? Və ya psixoloqa müraciət etmək istəyənlər psixoloq seçimində nə etməlidir?

 - Diqqət etsək bu nüans yeni inkişaf edən bir çox sahəyə aiddir. İnsanların kütləvi mütəxəssislik istəyi çoxalmaqdadır. Daha öncə də qeyd etdiyim kimi,psixologiya elmi ucsuz bucaqsızdır və daima öyrənmə və öz üzərində çalışma tələb edir. Bunu bacaran psixoloq peşəkardır. Lakin ilk meyar olaraq müraciət edən hər kəs,  psixoloqu özünə mənəvi olaraq yaxın hiss etməlidir.

Psixoloqun xarakteri onun sursatıdır..!

- Maraqlı müsahibəyə görə təşəkkürlər.

- Mən də sizə və redaksiyanıza təşəkkür edirəm.


SÖHBƏTLƏŞDİ: BÜNYAMİN BÜNYADZADƏ