Əhaliyə MÜRACİƏT EDİLDİ: Riayət edilməlidir...
Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib.
FHN-dən Adalet.az-a bildirilib ki, qurum tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən küləkli hava şəraitində və qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsi barədə dəfələrlə edilən müraciətlərə baxmayaraq, bəzi vətəndaşların təhlükəsizlik qaydalarına laqeyd münasibəti sonda acı nəticələrə gətirib çıxarır.
Qeyd olunub ki, paytaxtın Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki "Daçnik" kimi tanınan nəzarətsiz ərazidə və küləkli hava şəraitində baş vermiş sudabatma hadisəsi ilə bağlı ötən gün daxil olmuş məlumat bir daha qaydalara riayət etməyin zərurətini göstərir.
"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət edərək, çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır, o cümlədən küləkli hava şəraitində dənizə girməyin, qeyri-çimərlik ərazilərdə çimməyin təhlükəsini, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl etməyin vacibliyini bir daha xatırladır", - müraciətdə vurğulanıb.
FHN daha əvvəldə analoji müraciətlə çıxış edib.
Digər Xəbərlər
22 Iyun 2026 10:16
"Airbus A320neo" AZAL donanmasında!
22 Iyun 2026 09:34
Yol Polisindən nümunəvi addım - VİDEO
22 Iyun 2026 08:56
MN-dən ÇAĞIRIŞ: Heç bir narahatlığa əsas yoxdur
21 Iyun 2026 15:46
Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
21 Iyun 2026 14:08
Aqil Abbasın tələbə inşaat dəstəsi yaradılması ideyasını dəstəkləyirəm - Etibar Əliyev yazır
21 Iyun 2026 13:33
Çimərliklərə gedənlərə - ÇAĞIRIŞ
21 Iyun 2026 13:16
Aqil Abbasın fikirlərini qəribliyə salmaq lazım deyil - İlahiyyatçı
20 Iyun 2026 13:00


Bakı -°C

