"Instagram" psixi sağlamlığa mənfi təsir göstərir? - Alimlər təbil çalır
"Computers in Human Behavior" jurnalında dərc olunan araşdırma göstərir ki, "Instagram"dan uzunmüddətli istifadə təkcə insanların xarici görünüşü qəbul etməsinə deyil, həm də özünüdərk proseslərinin daha dərin mexanizmlərinə təsir göstərə bilər. Xüsusilə, bu təsir beynin öz bədənini və üzünü “özünəməxsus” kimi tanıma qabiliyyəti ilə əlaqələndirilir.
Adalet.az xəbər verir ki, araşdırmaya rəhbərlik edən Milan şəhərindəki "Universita Cattolica del Sacro Cuore" universitetinin professoru Giuseppe Riva “bədən kimliyinin rəqəmsal eroziyası” adlı fərziyyəni irəli sürüb.
Bu fərziyyəyə görə, illərlə filtrdən keçirilmiş şəkillər, selfilər və standartlaşdırılmış rəqəmsal obrazlarla qarşılıqlı əlaqə insanın özünü və başqalarını qavraması arasındakı sərhədləri tədricən zəiflədə bilər.
Araşdırmada orta yaşı təxminən 26 olan və "Instagram"dan orta hesabla 8 ilə yaxın istifadə edən 95 gənc iştirak edib. Onlar virtual reallıq testlərindən keçiblər. Bu testlər arasında vizual və hissiyyat siqnallarının sinxronlaşdırılması nəticəsində iştirakçıda başqa bir bədənin və ya üzün özünəməxsus olduğu hissini yaradan “bədən illüziyaları” da olub.
Nəticələr “dozadan asılı effekt” ortaya qoyub: insan "Instagram"dan nə qədər uzun müddət istifadə edibsə, illüziya şəraitində başqa bir üzü öz üzü kimi qəbul etmə ehtimalı da bir o qədər yüksək olub. Bu təsir xüsusilə insanın özünüidentifikasiyasında əsas rol oynayan üzlə bağlı daha qabarıq şəkildə müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, beyin “mən” hissini orqanizmdən gələn daxili siqnallar və xarici məlumatların davamlı inteqrasiyası vasitəsilə formalaşdırır. Bu sistemin pozulması insanın öz bədəninə aidlik hissini zəiflədə və qidalanma pozuntuları, depressiya, eləcə də dissosiativ vəziyyətlər kimi müxtəlif psixoloji problemlərə həssaslığı artıra bilər.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, araşdırma "Instagram"ın psixi sağlamlığa birbaşa mənfi təsir göstərdiyini sübut etmir. O, yalnız sosial şəbəkədən istifadənin özünüqavrama ilə bağlı fundamental proseslərlə mümkün əlaqəsinə işarə edir.
Digər Xəbərlər
16 Iyul 2026 10:27
“Aztelekom” yenilənmiş korporativ veb-saytını təqdim etdi
14 Iyul 2026 18:01
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
13 Iyul 2026 17:45
Saxta malların aşkarlanmasında süni intellektin rolu artır
13 Iyul 2026 11:09
"TikTok" 3 ay ərzində Azərbaycanda 590 min videonu silib
10 Iyul 2026 14:32
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTOLAR
09 Iyul 2026 17:25
Süni intellekt üçün internet Bakcelldən
08 Iyul 2026 09:00
KTV kabel televiziyası abonentləri niyə incidir?
07 Iyul 2026 13:18


Bakı -°C

