Əhaliyə xəbərdarlıq: "Bu linkləri açmayın" - VİDEO
Son günlər yeni dələduzluq növü yayılıb.
Biz hər hansı məhsulu satış saytlarına yerləşdirdikdən sonra mobil nömrəmizə saxta alıcılar tərəfindən "fake" linklər atılır. Xüsusən dövlətin yeganə milli operatoru olan "Azərpoçt"un adına açılan bu saxta linklər vasitəsilə bizim kart hesablarmız istənilir və digər şəxsi məlumatlarımız oğurlanır.
İlk olaraq alıcı adı ilə yazan dələduzlar, məhsul üçün lazım olan məbləği "Azərpoçt" vasitəsilə ödəyəcəyini bildirir və pulu əldə etmək üçün link yollayırlar. Bu linkə daxil olduqda isə kartımızın nömrəsi və pin kodu tələb edilir.
Dələduzluq faktının davamı olaraq isə "Azərpoçt" tərəfindən saxta mesaj şəklində məhsulunuzun anbara çatdığını və səhv ünvan qeyd etdiyimiz üçün çatdırılmada çətinlik çəkdikləri bildirilir.
Yeni adres yaratmaq üçün bizə növbəti link yollanılır və ora daxil olduqda artıq işbazlar öz məqsədlərinə nail olurlar.
Adalet.az xəbər verir ki, problemlə bağlı "Azərpoçt" MMC-dən Baku TV-yə açıqlama verilib.
Bildirilib ki, "Azərpoçt" ikinci əl məhsulların satıldığı onlayn platformalarla əməkdaşlıq etmir, bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.
Qeyd edək ki, saxta link vasitəsilə hansısa bir qurumun adından istifadə etməklə bank kartlarının və digər şəxsi məlumatların oğurlanması cinayət tərkibi yaradır.
Hüquqşünas Emil Aslanovun sözlərinə görə, dələduzluq nəticəsində ələ keçirilən məbləğ 500 manatdan 5000 manata qədərdirsə, həmin şəxslər 1000 manatdan 2000 manatadək cərimələnə, hətta iki ilə qədər azadlıqdan məhrum edilə bilərlər.
Digər Xəbərlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
09 Sentyabr 2026 06:39
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
08 Sentyabr 2026 11:25
“Bakcell” “Peerstack Academy” tələbələri üçün hakaton keçirdi - FOTOLAR
08 Sentyabr 2026 07:02
Süni intellekt bu peşəni sərt şəkildə vurdu: 40 min gənc bir gecədə işsiz qaldı
04 Sentyabr 2026 11:12


Bakı -°C

