Əkrəm İmamoğlu vəzifəsindən uzaqlaşdırıldı - FOTO

Xəbər verdiyimiz kimi, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri və CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlu “korrupsiya” istintaqı çərçivəsində həbs edilib.
Adalet.az xəbər verir ki, İmamoğlu artıq Silivridəki Marmara həbsxanasına göndərilib.
Türkiyənin Daxili İşlər Nazirliyi bundan sonra Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən azad edildiyini açıqlayıb.
Onunla birlikdə həbs edilən Şişli rayon bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü rayon bələdiyyə sədri Mehmet Murat Çalık da vəzifələrindən uzaqlaşdırılıblar.
Digər Xəbərlər

Melaniya Ağ Evə gəlmir, onun da işlərini Tramp görür

Pakistanın daimi nümayəndəsi: Hindistanın hərəkətlərini müharibə kimi qiymətləndiririk

ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
