Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini istəyib.
Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarına dair yazıda qeyd edib.
Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.
"Hurriyet"in yazdığı kimi, Donald Tramp Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib. Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.
Prezidentlər arasındakı danışıq mayın 5-də baş tutub. (Modern.az)
Digər Xəbərlər

Baydenin əvəzinə sənədləri kimlərin imzaladığı məlum olub

Husilər İsrailin hava limanını bombaladı

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

Rusiya hərbi aerodromlarına PUA hücumu - 40 hərbi təyyarə vurulub - VİDEO

Humanitar yardım məntəqəsində onlarla fələstinli öldürüldü

Rusiya Ukraynanın təlim bölməsinə zərbə endirib - 12 ölü, 60-dan çox yaralı var

Putin Paşinyanı təbrik etdi
