Jurnalist qayınatası və qayınanası tərəfindən öldürüldü
Kaliforniyada məşhur "New York Times" qəzetinin "Games" xidmətinin direktoru Conatan Makkinsi idman kompleksində güllələnərək öldürülüb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, polis 40 yaşlı Makkinsini kompleksin dayanacağında çoxsaylı güllə yaraları ilə tapıb. Təcili yardım həkimlərinin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, polis əməkdaşı ərazidə patrul xidməti apararkən Makkinsinin dayanacaqda yerdə uzandığını görüb.
Şahid ifadələrinə əsasən, polis hadisədən sonra ərazidən uzaqlaşmağa çalışan iki nəfəri tez bir zamanda saxlayıb. Şübhəlilərin evli cütlük, Şouyonq Çjan və Şili Çen olduğu müəyyən edilib.
Polis cütlüyü Makkinsinin qayınatası və qayınanası kimi müəyyən edib. Hər ikisi qətl şübhəsi ilə saxlanılaraq Santa Rita həbsxanasına aparılıb.
Məhkəmə sənədləri göstərir ki, Makkinsi həyat yoldaşı ilə boşanma və uşaq qəyyumluğu mübahisəsi ilə bağlı davam edən məhkəmə proseslərində iştirak edir. Bu hüquqi proseslərin qətllə əlaqəli olub-olmadığı hələlik aydınlaşdırılmayıb.
Digər Xəbərlər
29 Sentyabr 2026 11:31
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - VİDEO
29 Sentyabr 2026 11:23
Roma Papası Rusiya və Ukrayna liderlərinə müraciət etdi
29 Sentyabr 2026 11:06
Rusiyada matəm elan edildi
29 Sentyabr 2026 10:46


Bakı -°C

