Bakıdakı bu evlər SÖKÜLƏCƏK - VİDEO
Məhəmməd Xiyabani küçəsindəki yaşayış evlərinin bir qisminin sökülməsi nəzərdə tutulur.
Adalet.az İTV-yə istinadən xəbər verir ki, artıq ərazidəki evlər işarələnib.
Bu isə o deməkdir ki, evlərin hər biri plandadır.
Bildirilib ki, ərazidə 18 ev var və sakinlərə 2700 manatdan kompensasiya təklif olunub: “Daha sonra qərar dəyişdi, dedilər ki, evin qiymətinə əsasən hesablanacaq, bu, bizi qane edir”.
Vətəndaşlar qeyd edib ki, evlərin sökülməsi nəzərdə tutulsa da, işlərə nə zaman başlanacağı məlum deyil.
Söküləcək tikililərin yerində salınacaq layihə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Yeni Yasamal Məhəmməd Xiyabani küçəsi ilə Qaradağ rayonu istiqamətindəki yol birləşəcək: “Mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihə əsasən, ərazidə tunel tipli yol ötürücüsü, dairəvi hərəkətin təşkil olduğu yol ayrıcı, eləcə də Qaradağ istiqamətinə yan yol yaradılacaq”.
Digər Xəbərlər
29 Sentyabr 2026 09:44
Bəzi yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA
28 Sentyabr 2026 23:43
16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
28 Sentyabr 2026 11:07
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
28 Sentyabr 2026 10:13
Bakıda yeni tunel inşa ediləcək - VİDEO
27 Sentyabr 2026 16:58
Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub - FOTOLAR
27 Sentyabr 2026 12:05
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı - VİDEO + FOTOLAR
26 Sentyabr 2026 23:03
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
26 Sentyabr 2026 13:18


Bakı -°C

