adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
28 Sentyabr 2022 12:14
787
İQTİSADİYYAT

EKSPERT: “Düşünmürəm ki, qiymət artımında  çox böyük  dəyişiklik olsun”

Günümüzdə  bir çox insanları  maraqlandıran məsələlərdən biri də ictimai nəqliyyatda gediş haqlarında qiymət artımı ilə bağlıdır. Gündəlik evdən işə tələsən bir insanı  avtobus və metrodakı  insan sıxlığından  çox, qiymət artımı narahat edir desək, yanılmarıq.  Nəzərə alaq ki, Bakı ətrafı kəndlərdən metro istiqamətinə  gəliş 40 və ya 50 qəpik təşkil edir. Aylıq əmək haqqısı 350- 400Azn  olan bir sərnişin üçün, əlbəttə, bu xəbər sevindirici olmaz.

Mövzu ilə bağlı nəqliyyat məsələləri  üzrə ekspert Aslan Əsədov “Adalet.az”-a danışıb. 

Ekspertin sözlərinə görə, cəmiyyət həmişə qiymət artımına qarşı həssas olub. 

“Gediş haqlarının artırılması vətəndaşın “nəbz”ini yoxlamaq üçün müəyyən bir zaman kəsiyində cəmiyyətə ötürülmüş bir siqnaldır. Təkcə bizim cəmiyyətdə deyil, bütün cəmiyyətlərdə qiymət artımına qarşı həssaslıq olur.  Düşünürəm ki,  dövlət qiymət artımı ilə bağlı məsələlərdə müəyyən dərəcədə iqtisadi islahatları nəzərə alacaq. Qiymət artımı balanslı şəkildə olmalıdır. Əgər maaşlarda da artım olarsa, vətəndaş  gediş haqlarındakı artımı o qədər də kəskin qarşılamaz. Çünki vətəndaşın gəliri də qiymət artımı ilə uyğunlaşmalıdır.  Doğrudur, qiymət artımı müəyyən sahədə öz əksini tapıb.  Statistik rəqəmlərə baxsaq, nəticə bunu ehtifa etmir.  Sahibkarlar xüsusən Bakı ətrafı kəndlərə sərnişinlərin daşınması üçün qiymət artımı etmək istəyirlər. Metropolitenin də qiymət artımı gözlənilən ola bilər.

Düşünürəm ki, elektromobil mühərrikli avtobusların gətirilməsi  və xəttə buraxılması  vətəndaşlar üçün daha səmərəli olar. Belə olan halda sərnişin daşımanın gəlirli olması öz əksini tapar”.  

Nəzərə alaq ki, sürtkü yağları və  yanacağın qiyməti  artmaqdadır. Bura ehtiyat hissələri ə daxildir. Burada müəyyən tənəzzüllü məsələlər var. 
Aslan Əsədov deyir ki, qiymət artımı İqtisadiyyat nazirliyinin səlahiyyətində olan bir məsələdir.  “ Düşünmürəm ki, qiymət artımında  çox böyük dəyişiklik olsun. Əgər qiymət artımı olarsa, bu, 5, 10 və ya 15 qəpik aralığında olacaq.  Bu düşünmürəm ki, birdən- birə olsun. Çox güman ki, proses müəyən zaman kəsiyində gedəcək. İndiki halda  bu haqda qəti fikir söyləmək düzgün yanaşma  olmaz.  Yekunda  aidiyyatı qurumlar qərar verirlər.”

Əntiqə Kərimzadə