adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Mart 2023 12:09
682
İDMAN

"Əla oyun idi" - Məğlubiyyəti biz yedik, məntiqini də özün yeyəsən Byazi... 

Futbol üzrə Avro-2024-ün seçmə mərhələsinin ikinci turu çərçivəsində keçirilən İsveç - Azərbaycan oyunu ötən gün baş tutdu.

Adalet.az xəbər verir ki, sözün həqiq mənasında İsveç Azərbaycan millisini darmadağın etdi.

Oyunun xronikasını sizə xatırladaq:

1.İsveç görüşün 38-ci dəqiqəsində Forsberqin qolu ilə hesabda önə keçdi: 1-0.
2.Bəhlul Mustafazadə matçın 65-ci dəqiqəsində avtoqol müəllifi oldu: 2-0.
3.Qyokeres görüşün 79-cu dəqiqəsində 3-cü, 88-ci dəqiqədə Karlsson, 89-cu dəqiqədə isə Elanqa 5-ci qolu Azərbaycan millisinin qapısından keçirdi.
4. Bütün futbol azarkeşlərini yasa qərq edən o an da gəldi:Azərbaycan millisi İsveçə 5-0 məğlub oldu.


Azərbaycan futbolunun kədərləndirici mənzərəsi ürəyimizi sıxsa da , Azərbaycan millisinin 67 yaşlı baş məşqçisi Canni De Byazi kefimizi açdı. Maçtdan sonrakı mətbuat konfransında verdiyi açıqlamalar 0:5 məğlubiyyətimizin stresini bizə atdırdı:

” İkinci qola qədər oyunda qaldıq. Fikirləşirəm ki, əla oyun göstərdik. Top daha çox bizdə idi”.

 

Burda dayanaq:


Burdan futbol bilicilərindən, icmalçılarından xahiş edirəm, məni başa salsınlar: Əgər Byazi bəyin dediyi kimi “əla oyun göstərdiksə”, o zaman niyə hesab 5: 0 yox, 0:5 oldu? Yəni “əla oyun” olan yerdə  0-ın yerində heç olmasa, bir dənə 1 olmazdımı? . Bunu keçdik, Byazi bəy deyir ki, “top daha çox bizdə idi”, yalançının... düüüt....

Əgər “top daha çox bizdə” olsaydı, heç olmasa 1 dəfə, bircə dəfə ”qol” demirəm haaa, məsələn “qol”a cəhd, qarşı tərəfin qapısının yanında təhlükəli vəziyyət yaratmaq, qapı dirəyinə dəyən bir top vurmaq niyə ağlınıza gəlməyib?


Deyirəm bəlkə doğurdan mən idmandan, başım çıxmır, gördüyümü qavramaq qabliyyətim aşağıdır? Ya da Byazi bəy doğru deyir, yəni bizi dolamır, barmağına sarımır?

 

Davam edən "dolamaq" cəhdi


Elə bilirsiniz, İtaliyalı məşqçimiz bu açıqlamadan sonra susub. Xeyir, bizi sarımağına davam edir: “İkinci topdan sonra onların hər imkanı qol oldu. Bizim də şanslarımız oldu. Heç-heçə edə bilərdik. 70-75 dəqiqə çatdırırıq, sonra bizə çətin olur. Rəqib fiziki cəhətdən çox güclü idi”.
Əziz idman icmalçıları, mütəxəssislər 3 ildir azərbaycanlı futbol azarkeşlərini önəmli bir qələbəyə həsrət qoyan Byazinin bu məntiqi qocalmış və bitmiş-tükənmiş birinin məntiqinə bənzəmirmi?:” Birinci hissədə rəqibi çətinliyə salmışdıq. Rəqib reytinqdə bizdən 100 pillə irəlidədir. İkinci hissədə gənclərə şans verdim. Başa düşürəm ki, nəticə acınacaqlıdır. Amma uşaqlara deyiləcək heç nə yoxdur. Bizə qarşı hamıda yaxşı alınır. Yesper Karlsson bu gün cərimə zərbəsindən qol vurdu. Bizim canlı sədd də buna şərait yaratdı. İsveç fiziki cəhətdən çox güclü komandadır. Amma bir saatın tamamına qədər meydanda fərq elə də görünmürdü”.

Doğrusu, hələ də anlamaq gücündə deyiləm: Byazi, məzələnir, dolayır, acıq verir, yoxsa, qocalıb deyə çaşıb, xərifləyib?

 

Byazinin məğlubiyyəti də, açıqlaması da ŞOOOK yaratdı


İsveç məğlubiyyəti 2-ci şokdur, Birinci isə AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda Azərbaycan millisi səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzmasıdır.
Yahu, bu torpağın havasında, suyunda, çörəyində nə var ki, hansı məmur hansısa sahəyə dirsəklənib uzanır, o sahə uzaqbaşı 2-3 ilə çökür. Byazi İtaliyalı idi axı, ona nə oldu?Ən maraqlısı da odur ki, məmurlarımız kimi, Byazidə də utanacaq və ya istefa verəcək sifət yoxdu.


Yeri gəlmişkən, 2020-ci il də Azərbaycan millisinə yeni baş məşqçi gələn Canni De Byazi federasiyadan 1,5 il üçün 900 min avro (bonuslar da əlavə ediləcək) maaş alacağı deyilirdi. Onun aylıq məvacibi 50 min avro hesablanmışdı (təxminən 96 min manat) italiyalı mütəxəssisin Azərbaycanda Albaniya yığmasında qazandığından daha çox maaş aldığı vurğulandı. Bu məbləği heç olmasa, bir azərbaycanlıya verin dolansın! Onsuzda Azərbaycan futbolu heç vaxt heç bir seçmə mərhələdə bizi sevindirməyib...


P.S. 2020-ci ilin 9 mayında Canni De Byazinin ilk işi: rəhbərlik etdiyi komanda ilk dəfə Bakıda Lüksemburqu qəbul etdi. Yəni, bu, italiyalı mütəxəssisin millidə ilk sınağı idi. Bakı Olimpiya Stadionunda keçirilən oyun Azərbaycan yığmasının məğlubiyyəti ilə başa çatdı. Azərbaycan – Lüksemburq 1:2

Əntiqə Rəşid