31 Dekabr 2020 13:05
21710
GÜNDƏM

Elə insanlar var ki, onlar şam kimidir - Ramal Dövran Hüseynov yazır

Elə insanlar var ki, onlar şam kimidir. Ətrafı aydınlatmaqla özlərini əridirlər. Aydınlığa çıxandan sonra o insanlar şamın əhəmiyyətini unudur. Həyatda "0" olan, heç kim olmayan, adam yerinə belə qoyulmayan o qədər ad çəkə bilərəm ki, onları cəmiyyətə tanıtdım, onlara nəyi necə deməyi öyrətdim efirdən. Nəticədə kimlərsə gördü və onları ağıllı saydı, adam oldular. Sonra elit oldular. Sonra da adam olmağa formalaşdığı yerləri, onları adam edən şəxsləri bəyənməməyə başladılar. 

Öz həyatımdan misal çəkib, başqa bir hekayəyə keçəcəm. Çalışdığım televiziyalarda məni görmək üçün gəlib qapıda gözləyən, Ramal müəllim saatlardır sizi gözləyirəm deyənlər, efirimdə burunlarının ucu görünsün deyə ad günümdə bahalı hədiyyələr göndərənlər olurdu. Zərflərdə pul hədiyyələrindən tutmuş bütün hədiyyələrini geri göndərirdim. Səylərini, çabalarını dəyərləndirirdim əlbəttə, uyğun mövzular olanda dəvət edirdim. Hər zaman ətrafımda idilər. Çünki onlara məhz mən lazım idim. Biraz ayağımız büdrəyəndən sonra o insanlar ki, mənə hər zaman "sənə bir ömür boyu minnətdaram" deyənlər ortalama 9 il boyunca yox oldular. Bu gün yenidən peyda olurlar. Zənglər edirlər, yazırlar. Təbii ki, zəngləri açılmır, mesajları cavabsız qalır. 

23 illik Televiziya təcrübəm boyunca bütün etdiyim layihələrdə tez tutuzdurum deyə heç bir populyar simalarla veriliş etmədim. Populyar simalar mövzunun tələbi ilə oldu. Müğənninin də tanınmamışını tapmışam, şairin də, yazıçının da, alimin də. Mən "0" ın önünə rəqəm artıra bilmişəm və sıfırları dəyərli edə bilmişəm. Demişəm ki, hər kəs tanınmışlarla program edir etsin, mən tanınmamışlarla hadisələr yaratmışam. Heç kim deyə bilməz ki, Ramalın kariyerasında mənim əməyim olub. Əksinə bir çoxunun kariyerasıbda mənim əməyim olub. Bu gün star olan müğənnilərdən tutmuş digər sahələrdəki insanlara qədər. Hansı ki indi ya məclisdədirlər, ya da vəzifələrdə. Halal xoşları olsun. Sadəcə bir şanssızlığım var. Çörəyimin duzu yoxdu deməyəcəm, amma çörəyi dizinin üstündə olan insanlar çıxır qarşıma. 

Mənim kimi eyni vəziyyəti yaşayan bir kader yoldaşım, dərd ortağım, ruhumun dostu var. Məni tanıyanlar bilir ki, bu xanım mənim üçün nə qədər dəyərlidir, qiymətlidir. Heç kəsə deyə bilmədiyim məsələləri gedib oturub ona deyə bilirəm. Yanında gülə bilirəm, ağlaya da bilirəm. O məni oğlundan, mən onu anamdan ayırmıram. Ana oğul bir birimizi qarşılıqsız, gözləntisiz sevirik. Tenzile Rüstemhanlı yaxşı ki, həyatımda, ömrümdə varsız. Mən işimdə seçilməyi sevdiyim kimi, yazı da yazanda ya hər kısdən öncə, heç kimin düşünmədiyi məqamları öncədən görüb yazmağı, ya da hər kəsin sözünü deyib bitirməsindən sonra yazmağı sevirəm. Ortada qaynayıb getməyi sevmirəm. 

Sizin, Prezident tərəfindən layiq görüldüyünüz şərəf ordeniniz mübarəkdi. Əslində siz bunu çoxdan almışdınız. Sadəcə mükafatınız bu günlərdə gəldi. Sizin gördüyünüz işlərin təmənnasız, qarşılıqsız, gözləntilərsiz olduğunu mən və mənim kimi o qədər insanlar var ki, bunu gözəl bilir. 

İnsanlar 1 işini aləmə car çəkəndə, siz 1000 işinizi gizlədirsiniz ki, bunu məndən geç kim xahiş etməyib, istəyib etmişəm demisiniz və borcunuz bilmisiniz. İndi siz bu borclarınızın əvəzini alırsınız. Sizi canı qəlbdən təbrik edirəm. Nə edirsinizsə bu sizi daha da böyüdür, böyüdür əzəmətli edir, bir dağ qədər uca edir. Amma sizin ətəyinizdə durub o vüqarlılığınızı uzaqdan seyredən, o zirvədə olmaq istəyib ola bilməyənlər var hansı ki, onların adam olmasında sizin əməyiniz olub, bu gün özlərini ağacın təpəsində sanırlar, amma olduqları ağacın hansı dağın yamacında, ətəyində bitdiyini unudurlar. 

Bəzən insanlara yardım etmək, dəstək olmaq belə onlara ağır gəlir. Bu ağırlığın altında əzilirlər. Bundan irəli gəlir kin, həzmsizlik, qəzəb. Amma bu sizin yox onların dərdi olsun.

Bu sözlər gəlişi gözəl sözlər deyil, sadəcə bəzi şeylər var ki, demək çirkinlik olar deyə bildiyim məqamları yazmıram, amma bu yazını oxuyanlar əmin olun ki, ərtafda çox çirkin, çirkab insanlar var ki, əlini uzadırsan, qolunu qabdırırsan. Zibillikdən, çamurdan, çirkabdan dartıb çıxarırsınız, çıxan kimi üstünüzü bulaşdırır. Bu xislətdəki insanlara əlini bala batırıb ağzına soxsan, çıxaranda görəcəksən ki bir barmağın yoxdu. 

Ona görə də, yel qayadan sadəcə toz apara bilər, siz yolunuza davam edin. Siz zatəm mükafatınızı alıb divarlara asmısınız. Seyircilər müxtəlif fikirlərdə ola bilər, amma nəticə dəyişmir, o seyircilər divardakı əsərlərə baxmağa gəlib. Sizin əsərlərinizi müzakirə edirlər. Müzakirə etmirsiz, edilirsiniz. Buna görə də ayrıca təbriklər. Sizi sevirəm. Həm də ona görə sevirəm ki, varlığınızla belə kimlərisə narahat edə bilirsiniz. Varlığınızla narahat olanlar, öz yoxluqlarının qaranlığında və boşluğunda boğulur... 

Zirvənizə çıxardığınız insan ordan xürüşüb düşdüyü zaman çarəsizcə seyredirsən bəzən, çünki o orda qala bilmədi. Yuvarlanıb aşağı düşürsə bu sizin günahınız olmur, ordan düşənlərin zəifliyi olur. Orda dura bilməyənləri zorla orda tutmaq olmaz. Öz ölüm kaderlerini yaşayırlar. 

Şərəf ordeni məhz şərəfli insanın əlindədir.