05 Iyun 2025 23:24
155
İQTİSADİYYAT

Bakı-Tiflis qatarı açıla bilərmi?

Xəbər verdyimiz kimi, "Azərbaycan Dəmir Yolları" iyunun 15-dən Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadacaq. Bilet satışına 15 iyun tarixindən start veriləcək və Bakı-Qazax-Bakı marşrutu üzrə ilk dəfə "Stadler Rail Group" şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar hərəkət edəcək. 5 saat 36 dəqiqəyə qət olunacaq məsafə sərnişinlərə standart sinif yerlər üçün minimum gediş haqqı 16.20 AZN təşkil edəcək. 

Bəs iyulun 1-dən sonra növbəti marşrut Bakı-Tiflis-Bakı ola bilərmi?

Adalet.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, quru sərhədlərin açılması azərbaycanlıların ən çox arzu etdiyi məsələdir:

"Hamımız da ümidliyik ki, heç olmasa, iyulun 1-dən heç kəsə lazım olmayan karantin rejimi uzadılmayacaq və sərhədlərimiz də açılacaq. Azərbaycan vətəndaşları da qatarla Gürcüstana səfər edə biləcək. Gürcüstan tərəfinin də Azərbaycandan belə bir istəyi, eyni zamanda xahişi var".

Natiq Cəfərli iyulun 1-dən Azərbaycanla Gürcüstan arasında quru sərhədlərin açılacağına ümid etdiyini vurğulayıb.