Elektromobil doldurucularının yerləşdirilməsi üçün icazə tələb olunmayacaq
Mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla) yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən enerji doldurucularının yerləşdirilməsinə icazə tələb olunmayacaq.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Şəhərsalma və Tikinti Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişlənir.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21
Proqram təminatı ilə işləyən avtomobillərdə “tələ” - VİDEO
25 Mart 2026 10:34


Bakı -°C

