Əli Xameneinin qardaşı qızı həbs edildi - FOTO

İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani həbs edilib.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani bildirib.
Onun sözlərinə görə, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.
Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT Nazirliyi tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.
Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.
2018-ci ilin iyununda da o Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilib.
Digər Xəbərlər

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB

Səfərov qardaşları və digər azərbaycanlıların həbs müddəti uzadılıb

Müxalifət Tramp-Putin görüşündən faydalanmaq istəyir

Avrokomissiya Ukraynaya 25 milyard avro ayıracaq

Tramp Putinlə bu şəhərdə görüşəcək – Tarixi açıqladı

Tramp Çinə meydan oxudu: “Onsuz da müharibənin içindəyik”
