"Əliyev, Putin və Paşinyanla dördtərəfli görüş təklif edirəm" - Ərdoğan
"İndi təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, Azərbaycan Prezidenti cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək".
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-yə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
"Elə təklif verdik ki, addımıı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", - Ərdoğan vurğulayıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 10:40
Kobaxidze və Ərdoğan görüşdü
22 Sentyabr 2026 09:51
Körfəz ölkələri üçün 10 milyardlıq plan - Yarısını ABŞ verəcək
22 Sentyabr 2026 09:45
BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır - Quterreş üçün son iclas
21 Sentyabr 2026 23:57
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
21 Sentyabr 2026 23:54
“Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
21 Sentyabr 2026 19:52
Özbəkistan Naxçıvan üzərindən Türkiyə limanlarına çıxmaq istəyir
21 Sentyabr 2026 19:26
“Zelenski qorxduğu üçün imtina etdi” - Ukraynada seçki skandalı
21 Sentyabr 2026 13:35


Bakı -°C

