adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2023 15:01
1084
MARAQLI

Elm adamları yalanı aşkar etməyin ən yaxşı yolunu müəyyən etdilər- Araşdırma

Hollandiyalı elm adamları kiminsə yalan danışdığını müəyyən etməyin sadə üsulunu tapıblar. Sən demə birdən çox məqama diqqət yetirmək əslində işləri çətinləşdirir.

Adalet.az xəbər verir ki, əvvəlki araşdırmalarda yalançı adamın sözlərindəki ip uclarına və üz mimikalarına diqqət yetirmək tələb olunurdu. Lakin Amsterdam Universitetinin Davranış Elmləri Fakültəsinin müəllimi Bruno Verchiere və həmkarları bu cür insanların dediklərində təfərrüat səviyyəsinə diqqət yetirməyin ən yaxşı taktika olduğu qənaətinə gəliblər. 

 Bruno düz və yalan danışanlarla bağlı bunları deyib: “Həqiqəti söyləyənlər hadisəni özləri yaşadıqları üçün zəngin təsvirlər verə bilsələr də, bu yalan danışan adamlarda mümkün olmur. Onlar təfərrüatı uydursalar belə, yalan danışdıqlarına görə tutulma riskləri yüksək olur”. 

Vasif Əlihüseyn