15 Noyabr 2023 15:23
1850
ELM VƏ TƏHSİL

Elman Cəfərli: "Müəllim şagirdlə qorxa-qorxa danışır"

Jurnalist Elman Cəfərli media və sosial şəbəkələrin təhsil sisteminə təsirindən söz açıb. E.Cəfərli müəllimlərin sosial şəbəkə qorxusundan danışıb.O, "Azərbaycan mediasının gücü çatan yeganə qurum məktəb, yeganə vəzifəli məktəb direktoru və digər təhsil funksionerləridir.

"Məktəb direktorunun səs yazısı yayıldı-Özəl”, “Sinif rəhbəri valideyn komitəsinə görün nə dedi-Şok”, “Müəllim sinifdə şagirdə qəzəbləndi: düz otur, bala-Rəzalət”, “Çerçeniya müəllimi şagirdi küncə qoydu-Biabırçılıq”…

Sizin xəbəriniz var ki, iki dənə qıçıqırıq “özəl” xəbər yazacaqsız deyə, tədris prosesinə mane olursuz. Yazıq müəllim saytda görüntüləri, səs yazısı yayılacaq deyə, şagirdlə, valideynlə qorxa-qorxa danışır. Orta məktəb həm də tərbiyə müəsisəsidir. Ali məktəb tələbəsindən fərqli olaraq şagird həm də tərbiyə alır təhsil ocağında. Müəllim pis oxuyan, nadinc şagirdi danlamasa, tənbeh etməsə bu binəva bəs necə tərbiyə alacaq?" Deyə  qeyd edib.

Əntiqə Kərimzadə