Əməkdar artist: “Hələ də onun yoxluğuna alışa bilmirəm...”

“Allah Ramiz müəllimə rəhmət eləsin. O, böyük sənətkar idi, bununla yanaşı gözəl insan idi. Yəni hər bir cavan aktyor və rejissorun uğuruna sevinən bir insan idi”
Bunu Adalet.az-a açıqlamasında Əməkdar artist Elxan Yunis deyib. O, mərhum Xalq artisti Ramiz Novruzun yoxuluğuna hələ də inana bilmədiyini bildirib:
“Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün həmişə çətin olub. Ramiz müəllim kimi sənətkarlarımız barmaqla sayılacaq qədərdir. Onunla bir çox filmlərdə çəkilmişik, çörək kəsmişik. Hələ də onun yoxluğuna alışa bilmirəm. Ramiz müəllim çox pozitiv insan idi. Çəkiliş meydanına elə abu-havayla gəlirdi ki, qarşısındakı insana müsbət enerji verirdi. Yaxşı deyərdik, gülərdik. Həmişə onun üzü gülərdi. Nə qədər qanın qara olsa da onunla bir yerdə olanda üzün gülürdü”.
Qeyd edək ki, Ramiz Novruz 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. Aktyor 21 fevral 2023-cü ildə 67 yaşında dünyasını dəyişib.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Qısa müddətdə tamaşaçıların sevgisini qazanan “Səhnə” teatrı

"Türk dünyası üçün..."- Əlixan Səmədov

Xalq artisti: “Atam bu addımına görə 14 il sürgün həyatı yaşadı...”

Rejissor yeni işlərindən danışdı: “Sarı Aşığın dastan”ını səhnələşdiririk

Xalq artistindən şok açıqlama

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Macarıstanın Ötvöş Lorand Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb

5000 illik tarixi ilə zəngin mədəniyyətə malik olan Birgi
