Bakı Xoreoqrafiya Akademiyası tərəfindən beynəlxalq elmi simpozium keçirilib
Mədəniyyət Nazirliyi və Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Beynəlxalq Rəqs Gününə həsr olunmuş "Xoreoqrafiya sənətinin aktual problemləri" IV Beynəlxalq elmi simpoziumu keçirilib.
Simpoziumda BXA-nın rəhbərliyi və müəllimləri, akademiyanın ali və orta ixtisas təhsili pilləsinin tələbələri, Mədəniyyət Nazirliyinin nümayəndələri, elm adamları və digər qonaqlar iştirak ediblər.
Hibrid formatında keçirilən beynəlxalq tədbirə Azərbaycan, Cənubi Koreya, Qırğızıstan, Rusiya, Türkiyə, Qazaxıstan və Omandan olan məruzəçilər qatılıblar.
Tədbir çərçivəsində "Saray rəqslərinin tarixi və Azərbaycan kinosunda təcəssümü" (Azərbaycan), "Flüt Tınısı ve Armonik Seri: Akustik Analiz" (Cənubi Koreya), "XX əsrin 70-ci illərində balet yaradıcılığının inkişafı" (Azərbaycan), "Дуэтно- классический танец: историческое наследие в памятниках изобразительного искусства XVIII века" (Qazaxıstan), "Üzeyir Hacıbəyli yaradıcılığında rəqs janrı"(Azərbaycan), "Bakışdan Günümüze Kırqız Dansı" (Qırğızıstan), "Fikrət Əmirovun yaradıcılığında musiqinin bədii məzmun məsələsi" (Oman), "Красная Жизель: Трагедия Ольги Спесивцевой" (Azərbaycan), "Azərbaycan bəstəkarlarının fortepiano əsərlərində rəqs elementləri" (Türkiyə), "Etnik müxtəlifliyini əks etdirən İran xalq rəqsləri" (Azərbaycan), "Застывшие скульптуры в индийских классических танцах: перформанс мохиниаттама и одиши" (Rusiya) və s. mövzular üzrə elmi çıxışlar dinlənilib.
Tədbirin sonunda isə məruzələrlə çıxış edən iştirakçılar Bakı Xoreoqrafiya Akademiyası tərəfindən Sertifikatlarla mükafatlandırılıblar.
Digər Xəbərlər
10 Sentyabr 2026 16:17
İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
09 Sentyabr 2026 18:40
Bu teatrlar Nazirliyin tabeliyinə verildi
09 Sentyabr 2026 17:57
Leyla və Arzu Əliyevalar qızları ilə Madriddə - FOTOLAR
09 Sentyabr 2026 10:54
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
09 Sentyabr 2026 09:51
Aleksandr Şarovski vəfat etdi
08 Sentyabr 2026 16:32
Elm, sənət və insanlıq zirvəsində - Gülnaz Abdullazadə
08 Sentyabr 2026 11:16
Türkiyədə yeni arxeoloji kəşflər: qədim heykəllər və tarixi abidələr üzə çıxarılıb -FOTOLAR
07 Sentyabr 2026 15:31


Bakı -°C

