Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
“Tetarda çalışmasamda, teatrla bağlı arzularım tükənməyib. Ömrümün sonuna qədər teatrla bağlı fikirlərim, düşüncələrim, görmək istədiyim işlər ürəyimdə var olacaq. Sadəcə indi özümü bir az küsmüş, bir az incimiş, bir az haqsızlığa uğramış kimi hesab edirəm. Ona görə bu gün bilmirəm sevinim, yoxsa kədərlənim. Milli teatr günü olsa da, axı mən o səhnədə yoxam”.
Bu sözləri Əməkdar artisti Mehriban Xanlarova Adalet.az-a açıqlamasında söyləyib:
“Bilirsiniz ki, özümü sındıran adam deyiləm. Əvvəldən necə alnıaçıq-üzüağ dayanmışamsa, indi də eləyəm. Milli teatr günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Təbii ki, hər kəsin ürəyində arzuladığı bir obraz var ki, bəzi qocaman sənətkarlarımız həmin obrazı yarada bilməyiblər. Qocalıblar, saçları ağarıb, amma hələ arzularına çatmayıblar. Allah həmin qocaman sənətkarları gec də olsa arzuıarına çatdırsın. Teatrlarda o qədər aktyorlar var ki, illərlə arzuladıqları obrazları oynamaq üçün həvəslə gözləyirlər. Rejissorlar sanki həmin rolları onlara rəva görmürlər. Həmin aktyorlar “kor” rejissorların əllərində qocalıblar.Çox şükür ki, elə “kor” rejissorlara rast gəlməmişəm ki, məni görməzdən gəlsin. Teatrda ifa etmək istədiyim rolla bağlı hələ ki, düşüncələrim yoxdur. Nə zaman teatra qayıdaramsa, onda bu haqda danışaram. Ömrümün 30 ilini teatra qurban vermişəm. Orda haqqım var”.
Əntiqə Kərimzadə
Digər Xəbərlər
13 Noyabr 2026 16:51
"Onlara daha tez pensiya verməlidirlər, 55 yaşında adam balet oynayar?" - Fərhad Bədəlbəyli
12 Noyabr 2026 10:47
Nakam ömürlü “Səkinə ana”
10 Noyabr 2026 17:02
Aktyor Aslan Fətullayev vəfat etdi
10 Noyabr 2026 09:28
Dünyanın ən varlı musiqiçiləri kimlərdir?
08 Noyabr 2026 11:33
Alyona Əliyeva "LAC" tamaşasını izlədi - FOTOLAR
07 Noyabr 2026 17:59
Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
06 Noyabr 2026 11:12
Türkiyəyə ABŞ-dən qaytarılan 100 mədəniyyət nümunəsi təqdim olundu - FOTOLAR
04 Noyabr 2026 22:32


Bakı -°C

