Əməkdar artist: “Varlı deyiləm, bir evim, bir maşınım var”

Əməkdar artist Ədalət Şükürov maddi imkanlarından söz açıb.
Adalet.az xəbər verir ki, o, elərinin və maşınının sayını açıqlayıb:
“Mənə deyirlər ki,varlı müğənnilərin adı açıqlananda mənim də adım çəkilir. Amma mənim bir evim, bir bağım, bir maşınım var. Qazancıma görə də düşünürəm ki, bu normaldır. On evim, on maşımn yoxdur ki, varlı sayılım. Əgər elə artıq evim varsa, kimsə həmin sənədləri mənə gətirsin. Həmin mülkü o adamın adına sənədləşdirim. Bir də onu deyim ki, mən kiməsə görə varlı, kiməsə görə də normal imkanlı hesab edilirəm. Düşünürəm ki, varlı- kasıb məsələsi nisbi söhbətdir. Bu həmişə belə olub”.
Əntiqə