Əməliyyat-axtarışda gizli informasiya alınması üçün texniki vasitələrin sayı genişlənib
“Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı”nda dəyişiklik edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla “Əməliyyat-axtarış fəaliyyəti prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısı” genişləndirilib.
Belə ki, sözügedən siyahıya aşağıdakı məzmunda 17-24-cü hissələr əlavə edilib:
- İnsanın psixofiziki reaksiyalarının qeydi üçün çoxkanallı registratorlar;
- Radioyayım qurğularının olduğu yerin müəyyən edilməsi və nəzarətdə saxlanılması üçün nəzərdə tutulmuş radioavadanlıq daxil olmaqla, ötürülən məlumatın və gizli yerləşdirilmiş texniki vasitələrin aşkar edilməsi üçün çoxfunksiyalı texniki vasitələr;
- Akustik məlumatın məsafəyə ötürülməsi, işlənilməsi, gücləndirilməsi və dəyişdirilməsi üçün texniki vasitələr;
- Video və (və ya) audio məlumatın gücləndirilməsi, işlənilməsi, yazılması, saxlanılması və əks etdirilməsi üçün kiçik ölçülü (50x50x50 mm-dən az) texniki vasitələr;
- Təsvirin ötürülməsi, optik və ya optik-elektron dəyişdirilməsi üçün texniki vasitələr; 22. Radioyayım tezlik diapazonlarından kənarda işləyən ötürücü-qəbuledici radioavadanlıq;
- Telefon danışıqlarının çoxkanallı (2 və daha çox xətlərdən) qeydini (yazılmasını) aparan texniki vasitələr və proqram təminatları;
- Radioefirdə nəzarət və axtarış həyata keçirilməsi üçün gizli daşınan radiopelenqasiya və radionaviqasiya vasitələri.
Digər Xəbərlər
21 Yanvar 2026 12:21
SN-də beynəlxalq əczaçılıq şirkətinin nümayəndə heyəti ilə görüş keçirildi - FOTO
21 Yanvar 2026 11:45
Ötən il Azərbaycanda ən çox cəzalandırılan televiziya hansıdır? - RƏSMİ
21 Yanvar 2026 11:29
Bu şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər
21 Yanvar 2026 08:24
Xankəndiyə ilk köç karvanı yola salınıb - FOTO
20 Yanvar 2026 17:46
Tahir Kərimlidən qardaşının dələduzluqda ittiham olunmasına MÜNASİBƏT - YENİLƏNİB
20 Yanvar 2026 17:36
Yağıntılar intensiv və güclüdür - FAKTİKİ HAVA
20 Yanvar 2026 17:19
Su sayğaclarını şaxtalı havada necə qoruyaq?
20 Yanvar 2026 15:00


Bakı -°C

