Emin Ağalarov kimin ölümünə üzüldü?
Mərhum müğənni Elvis Preslinin yeganə övladı olan Liza Mari Presli dünyasını dəyişməsi xalq artisti Emin Ağalarovu üzüb.
Adalet.az xəbər verir ki, Ağalarov üzüntüsünü İnstaqram hesabında bildirib. O, paylaşımında bildirib ki, aldığı kədərli məlumat onu çox üzüb:"Elvis Preslinin yeganə övladının - Liza Marinin ölümünü indi eşitmək kədərlidir. Anası Prissilla və ailəsinə başsağlığı verirəm. Çox pis xəbər oldu" deyə, Ağalarov paylaşımında yazıb.
Qeyd edək ki, Amerikalı müğənni Liza Mari Presli - Elvis Preslinin yeganə qızı - 54 yaşında vəfat edib. Bu barədə müğənninin anası Prissilla Preslinin açıqlamasına istinadən “People” jurnalı məlumat yayıb.
Müğənninin anası jurnala açıqlamasında "Gözəl qızım Liza Marinin bizi tərk etməsi ilə bağlı sarsıdıcı xəbəri ürək ağrısı ilə bölüşmək məcburiyyətindəyəm" deyib. Elvis Preslinin yeganə qızı ürək tutmasından dünyasını dəyişib.
Əntiqə Rəşid