adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Aprel 2024 12:21
1336
ŞOU-BİZNES

Əminə Şirin:“Həbsxanadan çıxandan sonra ayrıldıq”

Müğənni Əminə Şirin gündəm yaradan açıqlamalar verib.

Adaletaz bildirir ki, müğənnin həbsxanada ailə həyatı qirmağı izləyicilərində maraq doğurub:

“İkinci həyat yoldaşımın məşhurluqla bağlı bir peşəsi yox idi. Amma nədənsə məşhurlaşdı (gülür). İkinci həyat yoldaşımla da rəsmi nigahımız olub. Ancaq bu evlilik qarşı tərəf həbsdə olarkən baş tutub. Bunu qətiyyən gizlətmirəm. Heç kəs buna görə məni qınaya bilməz. Həyat bir karmadır, mən buna inanıram. Kim qınayırsa, qınadığını ya özü yaşayır, ya da övladı. Heç kəsin bacarmadığı addımları atmışam, peşman da deyiləm. Yenidən seçimim olsa, yenə eyni addımı atardım. Çünki mən o səhvlərimlə gözələm. Təəsadüflərə inanmıram, yaradan qarşımıza kimi çıxarırsan bu bizim imtahanımızdır. Və daxilən böyümək üçün bu insanlar qarşımıza çıxır.İkinci evliliyim təxminən 1il 3ay davam etdi. Çünki həmin şəxsin üzünə qapılar açılan kimi, ürəyinin də qapıları açıldı (gülür). Yəni həbsxanadan çıxandan sonra ayrıldıq.”

ƏNTİQƏ