Əmisi itkin düşdü, özü isə şəhid oldu - Hərbçimizin ağrılı həyat hekayəsi

Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı ordumuzun müddətdən artıq hərbçisi Hüseynov Ramazan Həmdulla oğlu qəhrəmancasına şəhid olub.
Şəhidimiz bu gün doğulduğu kənddə böyük izdihamla dəfn edilib.
Adalet.az-ın əməkdaşı şəhid hərbçimizlə bağlı maraqlı faktları əldə edib. Yaxınlarının bildirdiyinə görə birinci Qarabağ savaşı zamanı Ramazanın atası Həmdulla, əmiləri Hilal və Araz Hüseynovlar döyüşə yollanıblar.
Həmdulla və Araz döyüşdən yaralı qayıtsa da, Hilal itkin düşüb və 2001-ci ildə ona şəhidlik statusu verilib. Şəhidimiz Ramazan və kiçik qardaşı Eldəniz isə 44 günlük Vətən müharibəsində iştirak ediblər. Eldənizin döyüşlər zamanı qəlpə bir barmağını aparıb.
Hüseynovlar ailəsi bütövlükdə Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə daim iştirak ediblər.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin, şəhidimizin ailəsinə səbr versin.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO

Hacıqabulda selin apardığı velosipedçini polis ölümdən qurtardı - VİDEO

“Vialon” MMC sakinlərlə razılaşmadan söküntü aparır - VİDEO

Hacıqabulda bəzi əraziləri su basdı - 2 nəfər təxliyə edildi -VİDEO
