adalet.az header logo
  • Bakı 25°C
25 Iyun 2022 14:38
789
ELM VƏ TƏHSİL

ƏN UCA ZİRVƏ

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi.

Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

Vətən varlığımız, qürurumuzdur. Vətənin azadlığı, istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, ölümləri ilə ölümsüzlüyə qovuşur!. Səbuhi İsgəndərli kimi...

Bu gün şəhidimizin doğum günüdür. Səbuhi İsgəndərli25 iyun2001-ci ildəTərtər şəhərindəanadan olmuşdur.Uşaq yaşlarında ailəsi ilə birgəŞəki şəhərinəköçmüşdür. 2007-2016-cı illərdə Şəki şəhər 11 saylı tam orta məktəbdə, 2016-2017-ci illərdə Şəki şəhər 12 saylı tam orta məktəbdə, 2017-2018-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə təhsil almışdır. Subay idi.

2018-ci ildəorta təhsilini başa vuran Səbuhi 2019-cu il iyul ayından Dövlət Sərhəd Xidmətinin sıralarına müddətli həqiqi hərbi xidmətə çağırılıb. Səbuhi Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında xidmət etdiyi müddət ərzində intizamlı olub, verilmiş tapşırıqları dəqiq və vaxtında icra etməklə seçilib.

Səbuhinin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad olunması idi. Anadan olduğu Tərtər rayonunun təmas xəttinə yaxın olması və orada şahidi olduğu düşmən təxribatları bir azərbaycan gənci kimi ona da rahatlıq vermirdi. Məhz buna görə də Vətən müharibəsi başlayan kimi böyük həvəslə cəbhəyə yollanıb. Ölkəmizin İran İslam Respublikası ilə dövlət sərhəddinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Səbuhi döyüş meydanında da komandirlərinin rəğbətini qazanıb.

Səbuhinin bölüyü Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyi istiqamətində hərəkət edərkən düşmən pusqusuna düşüb. Bir neçə saat ərzində döyüşərək yoldaşlarının pusqudan çıxmasına yol açıb. Döyüş meydanını tərk etməyən Səbuhi İskəndərli oktyabrın 22-də qəhrəmancasına şəhid olub və29 oktyabr 2020-ci ildə Şəki şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Səbuhi Məmmədli ölümündən sonra 3 medalla təltif edilib.

Azərbaycanınərazi bütövlüyünün təminedilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçünAzərbaycan Prezidenti İlham Əliyevin15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra"Vətən uğrunda" medalıilə təltif edilib.

Azərbaycanərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görəAzərbaycan Prezidentiİlham Əliyevin18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra"İgidliyə görə" medalıilə təltif edilib.

AzərbaycanınZəngilan rayonununişğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görəAzərbaycan Prezidentiİlham Əliyevin25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi İsgəndərli ölümündən sonra"Zəngilanın azad olunmasına görə" medalıilə təltif edildi.

Vətənə böyük sevgiləri olan belə qəhrəmanların ömür yolu gənclərin və tənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: "Sizin qəhrəmanlığınız bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Azərbaycanın qəhrəmanlarının həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir".

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.Azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var.

Vətəni canından çox sevən igidimiz Səbuhi İsgəndərlininruhu bu gün şaddır, çünki uğrunda canından keçdiyi torpaqlar azaddır və bu torpaqlarda şəhidləri ilə fəxr edən qürurlu və məğrur Azərbaycan xalqı yaşayacaq...

Nəzakət Qəhrəmanzadə.

Şəki şəhəri, 12 saylı tam orta məktəbin direktoru