Ən yaşlı "qanuni oğru" arvadı ilə birgə SAXLANILDI
Yunanıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları 68 yaşlı “qanuni oğru” Levan Xeyranovun evinə basqın ediblər.
Adalet.az xəbər verir ki, hadisə sentyabrın 2-də, çərşənbə günü qeydə alınıb. Afina və Salonikidən olan 40 polis əməkdaşı kriminal avtoritetin yaşadığı evə daxil olaraq axtarış aparıb.
Axtarış zamanı evdən qumbara və tapança aşkar edilib. Xeyranov yeni həyat yoldaşı ilə birlikdə saxlanılıb. Qadın daha sonra sərbəst buraxılıb.
Levan Xeyranov Tbilisi şəhərində anadan olub və etnik yunan mənşəlidir. O, hazırda fəaliyyətdə olan ən yaşlı “qanuni oğru”lardan biri hesab olunur.
Digər Xəbərlər
08 Oktyabr 2026 09:29
Xaçmazda əməliyyat - İki nəfər həbs edildi
07 Oktyabr 2026 20:05
40 yaşlı kişi 24 yaşlı arvadını belə öldürüb - VİDEO
07 Oktyabr 2026 12:06
“Kriminal küçələrdən evlərə, ailələrin içinə sıçrayıb”
07 Oktyabr 2026 08:53


Bakı -°C

