adalet.az header logo
  • Bakı -°C
04 Fevral 2026 10:03
94
DÜNYA
A- A+

Epşteyn sənədlərində Makronla bağlı yazışma üzə çıxdı

İnsan alverində ittiham olunan milyarder maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə Fransa Prezidenti Emmanuel Makron haqqında diqqətçəkən yazışmalar aşkarlanıb. Sənədlərdə Epşteynin şəxsi elektron məktublarında Makronla bağlı subyektiv fikirlərini bölüşdüyü qeyd olunur.

Adalet.az "RIA Novosti"yə istinadən xəbər verir ki, Epşteyn Fransa liderinin xarakteri ilə bağlı öz mülahizələrinə əsaslanaraq, Makronun “sillələrdən xoşu gələ biləcəyini” iddia edib.

26 may 2019-cu il tarixli və anonim ünvanlanmış elektron məktubunda Epşteyn yazıb:

"Dedilər ki, millətçilər üçün daha çox yer olacaq, amma təsir baxımından o qədər də çox olmayacaq".

O, növbəti mesajında isə əlavə edib:

“Mənim alman mənbələrim deyir ki, bu, Makron üçün bir sillə kimi idi, amma onu tanıyaraq deyə bilərəm ki, yəqin bu, hətta onun xoşuna da gəlib”.

Qeyd edək ki, 15 yanvar tarixində Emmanuel Makronun Fransa hərbçiləri qarşısında ictimaiyyətə çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı görünməsi suallar doğurmuşdu. Bir gün sonra Fransa prezidenti gözündə yaranmış problem səbəbilə bir müddət gün eynəyi taxmalı olacağını açıqlamışdı.

"Daily Mail" nəşri isə Londonlu oftalmoloq-cərrah Mfazo Houvun rəyinə istinadən yazıb ki, Makronun göz ətrafındakı hematoma üz nahiyəsinə zərbə nəticəsində yarana və ya spontan şəkildə əmələ gələ bilər./Unikal