Ərdoğan ABŞ-yə gedəcək

Türkiyə rəsmiləri ABŞ-ın aprelin 2-də elan etdiyi 10 faizlik əlavə gömrük rüsumlarını Vaşinqtonla müzakirə etməyi planlaşdırır.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
O, detalları açıqlamayıb. “Milliyet” qəzeti yazır ki, Bolat və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında ABŞ-a səfər etməyi planlaşdırır.
Nəşrin yazdığına görə, tərəflər ABŞ-ın Türkiyədən gələn mallara gömrük rüsumunu dərhal tətbiq etməkdənsə, tədricən artıracağı qənaətinə gələ bilər. “Türkiyə ilə ABŞ arasında ticarət dövriyyəsi balanslaşdırılıb, ABŞ üçün əlverişsiz vəziyyət yoxdur, ona görə də yumşalma ola bilər”, - nəşr qeyd edib.
Digər Xəbərlər

Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi

“Əks halda çox sərt cavabla üzləşəcəklər” - Trampdan xəbərdarlıq

Mirzoyan: Ermənistan Türkiyə və Azərbaycanla heç vaxt bu qədər yaxın olmayıb

Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb

Hakan Fidan amerikalı həmkarı ilə danışdı

Abramyan: Yerevandan göndərilən pulları Köçəryan qəbul edir, paylamaq üçün Petrosyana verirdi

Qırğızıstan Rusiyaya NOTA VERDİ
