Vaşinqton bu sistemləri bizə satmaqdan imtina edir - Zelenski

Ukrayna ABŞ-dən 10 ədəd “Patriot” zenit-raket kompleksini (ZRK) 15 milyard dollara almağa hazırdır, lakin Vaşinqton qurğuları satmaqdan imtina edir.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “CBS News” telekanalına müsahibəsində bildirib.
"Bizə bəzi şəhərləri müdafiə etmək üçün ən azı 10 “Patriot” sistemi lazımdır, bu isə 15 milyard dollardır. Biz bu 15 milyard dolları ödəməyə hazırıq", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, Ukrayna avropalı tərəfdaşların hesabına ABŞ-dən hava hücumundan müdafiə sistemlərini və digər silahları almaq niyyətindədir.
"Bizim hava hücumundan müdafiə sistemlərimiz yoxdur. Bizə lazım olan yeni silahlarla bağlı paketi Birləşmiş Ştatlara təqdim etmişik. Bu paketi almağa hazırıq. Biz müvafiq paketləri bizimlə birlikdə maliyyələşdirməyə hazır olan avropalı tərəfdaşlarla müzakirə etmişik", - prezident əlavə edib.
Digər Xəbərlər

Çində süni intellekt alimləri ard-arda ölür

Xamenei dən ABŞ-lə danışıqlara dair ŞƏRH

Simonyan: Paşinyan mayda Moskvada keçiriləcək paradda iştirak edəcək

Zelenski bu tarixdə Aİ liderlərini ölkəsinə dəvət etdi

Paşinyan: Müharibə üçün əsas yoxdur

Sarkisyan Paşinyanı və xalqını təhqir etdi:"Anqıran eşşəyin alnından öpənlər..."

Lavrov bu iki ölkə liderinə xəbərdarlıq etdi
