Ağ Ev: ABŞ gömrük rüsumları ilə bağlı 10-dan çox təklif alıb
ABŞ indiyədək digər ölkələrdən ticarət və gömrük rüsumları ilə bağlı məsələlərin tənzimlənməsi üçün 10-dan çox konkret təklif alıb.
Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hasset “Fox Business” telekanalına müsahibəsində bildirib.
"Düşünürəm ki, bizdə ABŞ üçün çox yaxşı təklifləri əhatə edən 10-dan çox sövdələşmə var. ABŞ-nin ticarət danışıqlarındakı nümayəndəsi Ceymison Qrir, ticarət naziri Hovard Latnik və ticarət komandamızın digər üzvləri Prezident Donald Trampla birlikdə bu sövdələşmələrin kifayət qədər yaxşı olub-olmadığını araşdırırlar", - K.Hasset qeyd edib.
Xatırladaq ki, D.Tramp aprelin 2-də 185 ölkə və ərazidən idxal olunan məhsullara gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Rusiya bu siyahıya daxil edilməyib. 10 % həcmində universal tariflər aprelin 5-də, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minib. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən idxal olunan bütün avtomobillərə 25 % həcmində gömrük rüsumları tətbiq edib. ABŞ lideri həmçinin iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan edib.
Digər Xəbərlər
07 Fevral 2026 22:10
"Təbriklər, Amerika!" - Yenə özünü təriflədi
07 Fevral 2026 22:00
Hindistanda mədəndə güclü partlayış olub - Ölənlər var
07 Fevral 2026 21:00
NATO ölkələrinin birgə hərbi təlimləri keçiriləcək
07 Fevral 2026 20:38
Tramp Obama ailəsini meymuna bənzətməsindən danışdı
07 Fevral 2026 19:47
İsrail bu ölkənin artan hərbi imkanlarından narahatdır
07 Fevral 2026 19:11
Avropalı məmur və qızı Epşteynlə əlaqədə şübhəli bilinir
07 Fevral 2026 18:51
"Putin bu ərazidən əl çəkmir" - Ukrayna lideri
07 Fevral 2026 18:50


Bakı -°C

