Ərdoğan Füzulidədir - YENİLƏNİB

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 4-də Azərbaycan Respublikasına səfərə gəlib.
Adalet.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.
***
10:23
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün özəl “TUR” təyyarəsi ilə Xankəndi şəhərinə yola düşüb.
Adalet.az xəbər verir ki, Ərdoğanı İstanbul valisi Davud Gül və AK Partiyanın İstanbul sədri Abdullah Özdemir Atatürk Hava Limanından yola salıblar.
Xarici işlər naziri Hakan Fidan, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömer Bolat, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Prezident Aparatının Kommunikasiyalar Direktoru Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da Türkiyə lideri ilə bərabər Xankəndinə gəlir.
Digər Xəbərlər

"Qarabağ Azərbaycandır!" - Ersin Tatar

Azərbaycan və İran prezidentlərinin görüşü olub - FOTO - YENİLƏNİB

Sadır Japarovun Azərbaycana səfəri başa çatdı

İlham Əliyev Xankəndidəki Zirvə görüşündə çıxış etdi - VİDEO + YENİLƏNİB

Ərdoğan: Suriyanın yeni rəhbərliyi ilə əlaqələrin inkişaf etdirilməsi vacibdir

Tacikistan Prezidenti: “ECO ölkələri üçün enerji bazarı strategiyası hazırlanmalıdır”

Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr aparıldı
